“Neftçi” yeni rekord vurdu
05.03.2012 - 13:33
“Neftçi” yeni rekord vurdu
“Neftçi” İSM futzal klubu Azərbaycan çempionatında mövsümün rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi XIV turda “Azecolab”ı 36:1 hesabı ilə məğlub edərək, 2011/12 mövsümündə 1 matçda ən böyük fərq və ən çox qol vuran komanda adına sahib çıxıb.

Bu qarşılaşmayadək də antirekordçu “Azecolab” idi. Bu komanda II turun “Ekol”la görüşündə 20 top fərqilə yenilmişdi – 22:2. “Ekol”dan 14 top çox vuran “Neftçi” 15 qol artıq fərqlə qalib gəlməyi bacarıb.

Qeyd edək ki, “Ekol”un digər rekordu “Neftçi” İSM üçün əlçatmaz qalıb. Söhbət 2009/410 mövsümündəki darmadağından gedir. 2009-cu il noyabrın 30-da keçirilən 10-cu turunda “Ekol” o vaxt “Abşeron” adlanıb, sonradan adını “Saray”a dəyişən rəqibin daşını daş üstdə qoymamışdı - 57:0.