Rəşad Sadiqov: Komandaya kənardan baxmaq ağırdır
05.03.2012 - 14:02
“Topa doğru hərəkət edərkən ayağımda kəskin ağrı hiss etdim. Xüsusi bir şey baş vermədi. Deməzdim ki, meydan düz deyildi və ya kimsə mənə toxundu. Sol tərəfdən qasıq nahiyəsində dartılma var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib.
Premyer Liqanın XXII turunun AZAL-la oyunundan əvvəl isinmə hərəkəti edərkən zədələnən 28 yaşlı yarımmüdafiəçi durumuna aydınlıq gətirib: “Öncə yırtıq olmasından şübhələndik. Amma şükürlər olsun ki, belə olmadı. Azı 1 həftə istirahət etməliyəm. Təbii ki, ən vacib məqamda zədələnməyim yerinə düşmədi. Oyunun başlamasına dəqiqələr qalmış baş verdiyinə görə komanda məcburi dəyişiklik etmək məcburiyyətində qaldı. Sağ olsun, uşaqlar. Sona qədər mübarizə apardılar. İlk yarıda rəqib olduqca yaxşı oynadı. 2-ci hissədə komandamız olduqca əzmkarlıq nümayiş etdirdi. Belə durumda komandaya kənardan baxmaq ağırdır. Qarşıdan vacib oyunlar gəlir. Görünən odur ki, 10 gündən tez hazır olmayacağam. Mənim yoxluğumdan danışmaq düzgün deyil. “Qarabağ”da kim oynayırsa oynasın komanda üçün vuruşur. Son oyunlarda uğurlu çıxış edirik. Seriyanı davam etdirmək lazımdır. Amma ilk mərhələdəki sonuncu rəqibimiz “Simurq” da asan rəqib deyil. İlk növbədə bu oyunu fikirləşmək lazımdır”.

0
0