Sergey Yuran: İkiləri qoşalaşdırdı, iki aldı
05.03.2012 - 14:09
Sergey Yuran “Simurq”un baş məşqçi postunda 22 oyun keçirdi. Apasport.az saytının məlumatına görə, “ikilər”i qoşalaşdırmaq 43 yaşlı rusiyalı çalışdırıcıya düşərli olmadı. Belə ki, Yuran məhz bu sayda oyununda Zaqatala təmsilçisində fəaliyyəti başa çatdı.
O, həmin 22 oyundan 21-də Premyer Liqada, 1-i ölkə kubokunda iş başında oldu. Kubokun 1/8 final mərhələsində evdə “Neftçi”yə 0:1 hesabı ilə mübarizəni dayandıran “Simurq” çempionatda da istəyinə çata bilməyərək, “altılığ”a düşə bilmədi. Bundan sonra “kreslosu laxlayan” Yuran mövsümün sonunu gözləməyi lazım bilməyərək, “Kəpəz”ə səfərdə 0:2 hesablı məğlubiyyətdən sonra istefa verdi. Bununla da ötənlərin məşhur hücumçusu Premyer Liqamızda təsnifat mərhələsi bitməmiş vəzifəsindən getdi.
Ölkəmizdə debütü Zaqatalada AZAL-a böyük hesabla məğlubiyyətlə (0:3) başlayan Yuran 22 oyundan 5-də qalib gəldi, 4-də heç-heçə etdi, 13-də uduzdu (topların fərqi 18-32). O, komandaya 19 xal qazandırdı.
Qeyd edək ki, bu, Premyer Liqamızın cari mövsümündə 8-ci istefa oldu.
Mehman SÜLEYMANOV

0
0