“Xəzər Lənkəran”da 436 gündən sonra qayıdış
05.03.2012 - 15:00
Premyer Liqanın XXII turu “Xəzər Lənkəran”da ən çox oyun keçirən legioner Radomir Todorovun qayıdışı ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la səfər matçında meydana çıxan bolqarıstanlı müdafiəçi 436 gündən sonra yenidən “ağ-yaşıl” formada rəsmi matçın iştirakçısı olub. “Xəzər Lənkəran”da 126-cı oyununu keçirən Radomir 125-ci matçını 2010-cu il dekabrın 23-də “Qarabağ”la ev oyununda (1:2) qeyd etmişdi.
Cari mövsümdə ilk dəfə meydana çıxan Todorovla yanaşı, daha 1 futbolçu “Xəzər Lənkəran”da ilkə imza atıb. Lakin serbiyalı müdafiəçi Stevan Bates ümumiyyətlə, klubumuzda debüt edib. “Sumqayıt”la səfər matçında iştirak edən müdafiəçi “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını 143-ə çatdırıb. Bununla da 2011/12 mövsümündəki debütantlarımızın sayı 17-yə çatıb. Stevana qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraş, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo, Eldar İsmayılov, Kamal Bayramov, Habil Nurəhmədov və Zahid Quliyev, 2011-ci ildə Sadio Tounkara, Roberto Alviz, həmçinin Rendall Brenes bu ilin ilk 2 matçında yeni komandalarında debüt etmişdilər.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın şərəfini qorumuş 143 oyunçudan 55-i yerli, 88-i əcnəbidir. 88-ci legioner kimi klub tarixinə düşən Bates 7-ci serbiyalı oldu. Onadək Milorad Koraç, Miroslav Saviç, Uroş Prediç, Marinko Petkoviç, Slaven Stankoviç, həmçinin milliləşən serbiyalı Branimir Subaşiç də komandamızda oynayıb. Ümumilikdə isə komandada təmsil olunan ölkələrin sayı 32-dir: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Fil Dişi Sahili, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Mali – hərəsi 1.

0
0