8 pillə geri
05.03.2012 - 18:35
8 pillə geri
Azərbaycan milli komandası FİFA reytinqində 8 pillə geriləyəcək. Apasport.az saytının məlumatına görə, dünya futbol qurumu öz reytinqini martın 7-dədə açıqlamalı olsa da, həmin siyahı artıq indidən məlumdur.

Belə ki, www.football-rankings.info saytı əvvəldən FİFA reytinqini hesablayaraq açıqlayıb. Cədvəldə birinci yerdə əvvəlki kimi İspaniya komandası qərarlaşıb – 1561 xal. Hollandiya 1379, Almaniya isə 1332 xalla ilk “üçlük”də qərarlaşıb.

Azərbaycan yığması isə 285 xalla 117-ci pillədədir. Fevral reytinqində 306 xalla 109-cu olan Berti Foqtsun yetirmələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki yoxlama oyunlarından sonra 21 xal və 8 pillə geriləyib.

Qeyd edək ki, yığmamız Dubayda Sinqapurla heç-heçə edib (2:2), Hindistana qalib gəlib (3:0) və Fələstinə 0:2 hesabı ilə məğlub olub.