Finalın vaxtı dəyişdi
06.03.2012 - 09:40
Çempionlar Liqasının final oyunu ilə bağlı dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, İtaliyanın Milan şəhərində keçirilməli olan final matçı təxirə salınıb. Belə ki, “Milan” və “İnter” klublarının ev sahibi kimi oynadığı “San Siro” stadionunda keçirilməli olan həlledici qarşılaşma 2015-ci ildə deyil, 2016-cı ildə baş tutacaq. Bu arena 2014/15 mövsümünün finalını qəbul etməli olsa da UEFA Milana 2015/16 mövsümünün həlledici görüşünü verməyi lazım bilib. Buna səbəb 2015-ci ildə bu şəhərdə Ümumdünya “Ekspo” sərgisinin keçirilməsi təsir edib. Avropa futbol təşkilatı 2 böyük hadisənin bir-birinə mane olacağından çəkinərək Milan finalını növbəti ilə saxlayıb.
Qeyd edək ki, 2013/14 mövsümünün finalı da İtaliyada – “Yuventus”un Turindəki yeni stadionunda keçiriləcək.
Qeyd edək ki, 2013/14 mövsümünün finalı da İtaliyada – “Yuventus”un Turindəki yeni stadionunda keçiriləcək.
0
0