“Azərbaycanla qarşılaşmada oyunumuz alınmışdı”
06.03.2012 - 10:10
“Komandamız Azərbaycan yığmasına qarşı yaxşı oynadı. Həmin matçda oyunumuz da alınmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sinqapur milli komandasının baş məşqçisi Radoyko Avramoviç deyib.
Serbiyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin İraqla oyunundakı 1:7 hesablı darmadağından sonra Azərbaycan yığmasını xatırlayıb. Avramoviç fevralın 24-də millimizlə Dubaydakı görüşün daha uğurlu olması ilə təsəlli tapıb: “Bu üzdən onlarla 2:2 hesablı heç-heçə edə bilmişdik. Lakin İraqla qarşılaşmadakı nəticə qəbulolunmazdır. Amma nə etmək olar, bu futboldur. Biz də bu 1:7 hesablı məğlubiyyətdən dərs götürməliyik”.

0
0