“Ağ-yaşıllar” üçün yağlı tikə
06.03.2012 - 11:16
“Xəzər Lənkəran” 2011/12 mövsümünün təsnifat mərhələsində son oyununu “Turan”a qarşı keçirəcək. Apasport.az-ın “ağ-yaşıllar”ın rəsmi saytına istinadən məlumatına görə, Tovuz təmsilçisi cənublular üçün kifayət qədər asan rəqib sayılır.
2004-cü ildə yarandıqdan sonra ilk rəsmi görüşünü bu rəqibə qarşı keçirən “Xəzər Lənkəran” həmin vaxtdan 15 dəfə Tovuz təmsilçisi ilə üz-üzə gəlib. Bu oyunların hamısı Azərbaycan çempionatı çərçivəsində olub və “Xəzər Lənkəran”ın aşkar üstünlüyü ilə keçib.
15 matçda 11 qələbənin qazanılması və cəmi 1 məğlubiyyətin gerçəkləşməsi də bundan xəbər verir. Həmin yenilgi də 7 il əvvələ təsadüf edib. Uzaq 2005-ci ildəki həmin məğlubiyyət həm də səfərdəki son xal itkisi kimi tarixə düşüb. Ondan sonra Tovuz təmsilçisi ilə rəqib meydanında baş tutan bütün görüşlərdə bir qalıb olub – “Xəzər Lənkəran”.
Baş tutan 15 qarşılaşmada 11 qələbə qazanıb, 3 heç-heçə edib, 1 dəfə uduzan “Xəzər Lənkəran” rəqib qapısına 28 qol vurub, cəmi 8-ni buraxıb.
“Turan”la bütün oyunlar

| 2004/05 | 07.08.2004 | çempionat | səfərdə | 1:1 |
|---|---|---|---|---|
| 2004/05 | 06.04.2005 | çempionat | evdə | 1:0 |
| 2005/06 | 11.12.2005 | çempionat | səfərdə | 0:1 |
| 2005/06 | 14.05.2006 | çempionat | evdə | 1:0 |
| 2006/07 | 23.09.2006 | çempionat | evdə | 0:0 |
| 2006/07 | 12.05.2007 | çempionat | səfərdə | 3:2 |
| 2007/08 | 16.09.2007 | çempionat | evdə | 2:0 |
| 2007/08 | 27.04.2008 | çempionat | səfərdə | 4:0 |
| 2008/09 | 13.09.2008 | çempionat | evdə | 5:0 |
| 2008/09 | 21.02.2009 | çempionat | səfərdə | 1:0 |
| 2009/10 | 12.09.2009 | çempionat | evdə | 1:1 |
| 2009/10 | 13.12.2009 | çempionat | səfərdə | 2:1 |
| 2010/11 | 23.10.2010 | çempionat | evdə | 2:0 |
| 2010/11 | 04.12.2010 | çempionat | səfərdə | 2:1 |
| 2011/12 | 20.08.2011 | çempionat | evdə | 3:1 |
0
0