“Qarabağ” Bakını tərk etdi
06.03.2012 - 12:12
“Qarabağ” yenidən Ağdama yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Premyer Liqanın təsnifat mərhələsinin sonuncu turunda “Simurq”u qəbul edəcək komandamız bu gün Quzanlıya gedib. Martın 3-də AZAL-ı 1:0 məğlub etdiyimiz oyundan sonra Bakıya qayıdan komanda 2 günlük çalışmadan sonra yenidən doğma məkana hərəkət edib. “Qarabağ” 4 gün sonra baş tutacaq final mərhələsinin ilk turuna qədər Ağdamda qalaraq, oradan ölkə kubokunun ¼ final mərhələsinin ilk görüşü üçün Qəbələyə yollanacaq. Bu gün axşam komanda 1 saatlıq yüngül məşq keçəcək.
Qeyd edək ki, “Qarabağ” – “Simurq” oyunu saat 14:30-da keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” – “Simurq” oyunu saat 14:30-da keçiriləcək.
0
0