“Altılıq” yolunda son addım
06.03.2012 - 13:18
“Altılıq” yolunda son addım
Sabah Premyer Liqada təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, XIX turdan təxirə salınan matçlarla çempionatımızın ilk mərhələsi bitəcək. Əslində bu turun oyunların qış fasiləsindən dərhal sonra - fevralın 9-10-da olmalı idi. Ancaq həmin vaxt hava şəraiti kəskin pisləşdiyindən, oyunlar martın 7-ə təxirə salındı. Həmin gün keçirilməli olan ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları isə bir həftə sonraya keçirildi.

Sözsüz ki, turun mərkəzi oyunu “Bakı” – “Neftçi” matçı olacaq. Ardıcıl 2-ci turdur “zolaqlılar”ın iştirakı ilə Bakı derbisi diqqət mərkəzinə düşür. Ötən tur “İnter”in 19 oyunluq məğlubiyyətsiz seriyasına son qoyan “Bakı” bu dəfə lideri məğlub etməyə çalışacaq. Aleksandr Starkovun çalışdırdığı komanda ardıcıl 3-cü qələbəsini qazanarsa, çempionluq uğrunda mübarizəni daha da gərgin və maraqlı edəcək. Belə ki, bu halda 1-ci və 6-cı yerdə komanda arasında xal fərqi 8-ə enəcək. “Altılıq”da 10 tur olacağını, komandaların bir-biri ilə 2 dəfə görüşəcəyini nəzərə alsaq, mübarizə daha da maraqlı olacaq.

“Neftçi”nin büdrəməyi onun ən yaxın izləyicilərinə xal fərqini azalmağa imkan yaradacaq. Bu mənada “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ”ın rəqibləri ilk “altılıq”dan kənarda olduğundan, qalib gəlmək şansı çoxdur. Bu mənada lənkəranlıların işi bir qədər çətin ola bilər. Belə ki, 2 oyunluq cəzadan sonra Tovuza qayıdan “Turan” ötən tur “Neftçi”yə çətin anlar yaşadaraq, yalnız minimal hesabla uduzdu. AZAL – “Sumqayıt” oyunu isə formal xaralkter daşıyacaq. Çünki artıq “təyyarəçilər” də rəsmən ilk “altılıq”dan kənarda qalıb və autsayderlə matç “Bakı” ilə növbəti həftə keçiriləcək kubok öncəsi sınaq olacaq.


7 mart

14:00. "Turan" - "Xəzər Lənkəran"
Hakimlər:
Anar Salmanov, Ramiz Əsədov, Elşən Acalov, Feyzulla Feyzullayev.
Tovuz. Şəhər stadionu.
Tovuzdakı oyunların balansı: 7 oyun: +1=1-5 (6-13).
2004/05 – 1:1, 2005/06 – 1:0, 2006/07 – 2:3, 2007/08 – 0:4, 2008/09 – 0:1, 2009/10 – 1:2 (təsnifat), 2010/11 – 1:2 (təsnifat).
İlk dövrədəki oyun – 1:3.

14:00. "Kəpəz" - "Qəbələ"
Hakimlər:
Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
Gəncə. Şəhər stadionu.
Gəncədəki oyunların balansı: 2 oyun: +0=2-0 (0-0).
2010/11 – 0:0 (təsnifat), 0:0 (“altılıq”).
İlk dövrədəki oyun – 0:2.

14:00. AZAL - "Sumqayıt"
Hakimlər:
Elvin Əsgərov, Azər Əsgərov, Yaşar Abbasov, Vüsal Əliyev.
Bakı. “AZAL Arena” stadionu.
Komandalar Bakıda ilk dəfə görüşəcək.
İlk dövrədəki oyun – 1:2.

14:30. "Qarabağ" - "Simurq"
Hakimlər:
Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
”Qarabağ”ın ev oyunlarının balansı: 5 oyun: +1=3-1 (6-7).
2006/07 – 1:1, 2007/08 – 2:2, 2008/09 – 0:2, 2009/10 – 0:0 (təsnifat), 2010/11 – 3:2 (təsnifat).
İlk dövrədəki oyun – 1:0.

15:00. "Bakı" - "Neftçi"
Hakimlər:
Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Rauf Cabbarov
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu.
“Bakı”nın ev oyunlarının balansı:
1997/98 – 1:1, 1998/99 – 1:1 (təsnifat), 1:3 (“altılıq”), 1999/00 – 0:2, 2000/01 – 0:2, 2003/04 – 2:5, 2004/05 – 2:0, 2005/06 – 2:2, 2006/07 – 0:1, 2007/08 – 5:1, 2008/09 – 2:0, 2009/10 – 0:2 (təsnifat), 1:1 (“altılıq”), 2010/11 – 0:2 (təsnifat), 0:1 (“altılıq”).
İlk dövrədəki oyun – 0:1.

16:00. "İnter" - "Rəvan"
Hakimlər:
Rəhim Həsənov, Rza Məmmədov, İlham Əliyev, Orxan Məmmədov
Bakı. "Şəfa" stadionu.
Komandalar “İnter”in meydanında görüşməyib.
İlk dövrədəki oyun – 2:1.

KomandaOQHMQollarXallar
1Neftçi21151542-1646
2İnter21126320-1042
3Xəzər Lənkəran21125432-1941
4Qarabağ21115525-1438
5Bakı21105626-1935
6Qəbələ21105625-2035
7AZAL2175929-3326
8Rəvan2167823-2825
9Kəpəz21541223-3619
10Simurq21541218-3219
11Sumqayıt21431413-3115
12Turan21321613-3211


Bombardir: Bahodir Nasimov (Neftçi) - 13