Millimizin rəqibi Berti Foqtsun sabiq komandasına qarşı
06.03.2012 - 13:32
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq Lüksemburq yığmasının 2 yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, rəqibimiz iyunun 2-də Malta, noyabrın 14-də isə Şotlandiya yığması ilə qarşılaşacaq. Hər iki yoldaşlıq oyunu Lüksemburq şəhərindəki “Jozi Bartel” stadionunda keçiriləcək.
Qeyd edək ki, yığmamızın baş məşqçisi Berti Foqts əvvəllər Şotlandiya yığmasını çalışdırıb.
Qeyd edək ki, yığmamızın baş məşqçisi Berti Foqts əvvəllər Şotlandiya yığmasını çalışdırıb.
0
0