2 klubun baş məşqçisi cəzalandırıldı
06.03.2012 - 14:06
2 klubun baş məşqçisi cəzalandırıldı
AFFA 2 klubun baş məşqçisini cəzalandırıb. Apasport.az saytının məlumatına görə, I divizionda çıxış edən “Şəmkir”lə “Lokomotiv”in çalışdırıcıları - Anar Kələntərovla İbrahim Uzunza ötən turda “texniki zona qaydaları”nı pozmaları nəticəsində meydandan kənarlaşdırılmaları onlara 1 oyunluq cəza bahasına başa gəlib. Baş məşqçilər mövsüm ərzində ikinci dəfə bunu etdiklərinə görə klubları hərəyə 200 manat cərimələnib.

Mənbə: affa.az