“Onda “Neftçi”də yox, “Barsa”da oynayardım”
06.03.2012 - 15:06
“Neftçi” klubunun futbolçusu, Premyer Liqanın bombardiri Bahodir Nasimovun apasport.az saytına müsahibəsi
- Artıq Premyer Liqanın təsnifat mərhələsinin sonuna 1 tur qalıb. Bu oyundan asılı olmayaraq, komandanız “altılığ”a lider kimi yollanacağını rəsmiləşdirib. Arxada qalan 21 turu necə dəyərləndirərdiniz?
- Bu müddətdə ağır oyunlarımız da oldu. Lakin ümumilikdə, çempionat yaxşı keçdi. Hamı güclənib, daha maraqlı olub.
- “Neftçi”nin gücləndiyini nəzərdə tutursunuz?
- Həm “Neftçi”, həm də rəqiblərimiz ötən illə müqayisədə güclənib. Bu da çempionatı maraqlı edir. Hesabat turunda autsayder “Turan”la görüşürdük. Lakin rəqib elə yaxşı oynadı ki, heç autsayderə bənzəmirdi.
- Lakin komandanız üçün uğursuz rəqiblər də olub. Məsələn, “İnter”ə hər 2 matçı uduzmusunuz...
- Həmin qarşılaşmada mən penaltini vursaydım, başqa cür olardı. Axı hesab 2:0 olacaqdı. İmkanlarımızdan istifadə edə bilmədiyimizdən onlardan xal ala bilmədik.
- Yəqin onlarla “altılıq”dakı matçlara daha yaxşı köklənəcəksiniz ki, eyni səhvləri təkrarlamayasınız...
- Təkcə “İnter”lə deyil, bütün görüşlərə yaxşı hazırlaşmalıyıq. Qarşıdakı “Bakı” ilə qarşılaşma, ardınca isə “altılıq” matçlarının hər biri vacibdir. Orada hər xal qızıl dəyərində olacaq.
- Çempionluq uğrunda mübarizədə əsas rəqibiniz kimi hansı komandanı görürsünüz?
- Məncə, “altılıq”dakı komandaların hər biri çempionluq, mükafat uğrunda mübarizədə rəqibimizdir. Bu mərhələdə kimin daha az itki ilə keçəcəyi həlledici olacaq. 2-3 oyun ardıcıl büdrəmək, istənilən komandanın şanslarına zərbə vuracaq. Hər şey mayda bilinəcək.
- Artıq izləyicilərinizdən 4 xal öndəsiniz. Bu üstünlüyü nəzərə alıb öz şanslarınızı necə dəyərləndirirsiniz?
- Təbii ki, rəqiblərdən az da olsa uzaqlaşmışıq. Çalışacağıq ki, bu üstünlüyü qoruyaq. Bunun üçün hər qarşılaşmaya ciddi yanaşıb, hər xal üçün mübarizə aparmalıyıq. Çempion olduğumuz ötən mövsümdən fərqli, bu dəfə 2 titul qazanmaq istəyirik. Həm çempionluq, həm də kuboku əldə etməyə çalışacağıq.
- Komandanızla yanaşı, özünüz də bombardirlər yarışında liderlik edirsiniz...
- Əsas komandanın uğurudur. İlk növbədə bunun üçün mübarizə aparırıq. Mən də hücumçu olduğumdan komandanın uğuru üçün qollar vururam.
- Amma cəmi 13 qol vurmusunuz. Bu, az deyil?
- Azdır. Lakin hələ çempionat gedir və qollarımın sayını artıracağam.
- Hücumçu üçün 21 oyuna 13 qol az deyil ki?
- Elə düşünürəm ki, hər mövsüm minimum 12 qol vurmalıdır. Mən də artıq bunu vurmuşam. Yoxsa ki, 1 mövsüm 20-30 dəfə fərqlənib, növbəti il 3-4 qolla kifayətlənən hücumçu hücumçu deyil.
- Demək istəyirsiniz ki, stabillik olmalıdır?
- Hardasa hə.
- Lakin daha çox qol da vura bilərdiniz...
- Bütün imkanlardan istifadə edə bilmirəm. Hər imkanı qola çevirsəm, artıq 30-40 dəfə fərqlənmişdim.
- Bəs bu qədər imkanın qaçırılmasını nə ilə izah edərdiniz?
- Əgər hər qol imkanından istifadə etsəydim, onda “Neftçi”də yox, “Barselona”da oynayardım.
- Sizdə də müəyyən stabillik yoxdur. 3-4 oyun qolları sıralayırsınız. Sonra bir müddət qol vura bilmirsiniz. Bunu nə ilə izah edərdiniz?
- İmkanlar da olur, sadəcə, nəsə alınmır.
- Emil Mpenzanın gedişindən sonra komandada demək olar tək hücumçusunuz. Belə ağır deyil ki?
- Bizim taktika belədir ki, 1 hücumçu ilə oynayırıq. Əvvəl Mpenza ilə ikimiz oynayırdıq. Sonra 1 hücumçu ilə oynamağa başladıq. Təbii ki, tək olduğumdan müəyyən yüklənmə yaranır.
- Bombardirlik yarışında əsas rəqibimiz kimi sayırsınız? Komanda yoldaşınız Flavinyo ən yaxın izləyicinizdir...
- İzləyicilərimin hamısı rəqibimdir. Ötən mövsüm görmədiniz necə oldu? Uzun müddət bombardirlər yarışında tək lider idim. Sonda Georgi Adamiya gəlib məni keçdi. Ona görə hər şey sonda aydınlaşacaq.
- Eyni halla üzləşə biləcəyinizdən qorxmursunuz?
- Qorxsaydım, futbol oynamazdım ki...
- Əvvəllər bombardir titulu qazanmısınız?
- Hələ yox. Çalışacağam ki, bu mövsüm buna nail olum.
- Mövsümün sonuna kimi qol sayınızı neçəyə çatdırmağı arzulayardınız?
- Komandamı çempion etmək üçün bacardığım qədər qol vuracağam.
- Artıq 2 mövsümdür “Neftçi”dəsiniz. Başqa kluba, Avropa getmək fikriniz yoxdur ki?
- “Neftçi” transfer hüquqlarımı alıb. Hələ 2013-cü ilə qədər bu klubdayam.
- Hər hansı təklif olarsa, getmək istəməzsiniz?
- Burda məni hər şey qane edir. Məni sıralarına qatmaq istəyən olsa klubumla danışmalıdır. Sonrasına isə baxarıq.

0
0