“Sergey Yuran lazımı sənədlərə qol çəkərək, öz razılığını göstərib”
06.03.2012 - 16:27
“Bizim Yuranla bağlılığımız qalmayıb. Onunla klubumuzla cari mövsümün sonunadək olan müqaviləsi ilə bağlı hər şey həll olunub”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib. Klub rəhbərliyi Premyer Liqanın ötən turunda “Kəpəz”lə oyunda məğlubiyyətdən sonra baş məşqçisi Sergey Yuranın istefasını qəbul etdi.
Əliyev rusiyalı çalışdırıcının prezidentləri ilə Bakıda görüşündən sonra müqaviləyə xitam verildiyini bildirib: “Yəni nə bizim Yurana, nə də Yuranın bizə borcu var. Baş məşqçimiz lazımı sənədlərə qol çəkərək, öz razılığını göstərib. Müqaviləsi ilə bağlı müvafiq məsələlər həllini tapıb. Tərəflər bir-birlərini əlini sıxaraq, xoşluqla ayrılıblar. Buna görə də sonradan hər hansı şikayətdən söhbət gedə bilməz. Əksinə, Yuran belə deyib ki, bundan sonra harada olacaqsa, mətbuata “Simurq”, Azərbaycan haqda xoş sözlər deyəcək. Onun bileti bu günə idi və Bakıdan Moskvaya yollanmalı idi”.
Qeyd edək ki, Yuran ötən yay baş məşqçi postuna gətirildiyi “Simurq”un rəhbərliyinin etimadını doğrultmayaraq, komandanı “altılığ”a çıxara bilmədi.
Mehman SÜLEYMANOV

0
0