Vladimir Levin: Ola bilsin milli komandaya çağırılmadım
07.03.2012 - 00:05
“Milli komandanın Dubaydakı təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Uzun müddətdən sonra bir araya gəlib, yaxşı hazırlaşmaq imkanımız oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Vladimir Levin deyib.
Xeyli vaxtdır yığmamızın şərəfini qoruyan 28 yaşlı milliləşdirilən ukraynalı müdafiəçi üçün Dubaydakı hazırlıq prosesi uğursuz oldu. Belə ki, Levin digər 4 milliləşdirilən legioner – həmyerliləri Vladimir Popoviç, Aleksandr Çertoqanov, türkiyəli Ufuk Budak və serbiyalı Branimir Subaşiçlə birgə Sinqapur yığması ilə 2:2 hesablı bərabərlikdən sonra əllərində siqaret, spirtli içki oteldə əyləndikləri aşkara çıxdı: “Düzdür, şəxsən özüm üçün Dubay toplanışı uğurlu alınmadı və Sinqapurla oyundan baş verənlər haqda mətbuatda çox yazıldı. Belə hərəkətimizlə xoşagəlməz vəziyyət alındı. Əlbəttə, biz bundan sonra baş məşqçi, komanda qarşısında üzr istədik. Bunu azarkeşlər qarşısında da edirik. Olanların bir daha təkrarlanmağını istəmirik və bu, təkrarlanmayacaq”.
2004-cü ilin yayından ölkəmizdə fasiləsiz oynayan, bu müddətdə “İnter”in şərəfini qoruyaraq, kapitanı səviyyəsinə kimi yüksələn Levinin adətən nizam-intizamla bağlı problemi olmayıb. Bu mənada onun hərəkəti təəccüb doğurur. Vladimir hərəkətinə haqq qazandırmır: “Bunun olmasını istəməzdim, ancaq belə alındı. Bu, yaxşı hal deyil”.
Vladimir hərəkətlərinə görə cəzalarını aldıqlarını gizlətmədi: “Bəli, bizi etdiklərimizə görə cəzalandırdılar. Bu, məşqdən sonra qaçmaqla oldu, digər 2 matçda iştirak etmədim. Bizi həmçinin maddi mənada cəzalandırdılar. Cərimə ödəməli olacağıq. Məbləği demək istəmirəm. Bu, nəyə lazımdır ki?”
Milliləşdirilən legionerlərin hərəkətlərinin üzə çıxmağı daha çox Popoviçin ucbatından oldu. Belə ki, qapıçı çəkdirdikləri şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirməklə, hamının bundan xəbər tutmağına səbəbkar oldu. Maraqlıdır, Levin həmyerlisini günahkar sayırmı, onunla etdiyinə görə haqq-hesab çürütməyi lazım bilibmi?: “O günahkardır ki, şəkli orada yerləşdirib. Biz isə günahkarıq ki, orada olmuşuq. Andreyə dedik ki, belə etməyi düzgün deyildi. Ancaq eybi yoxdur, gənc oğlandır, səhv edib. Biz nə edə bilərik? Olan artıq olub”.
Levin baş verənlərin yığmada gələcək taleyinə təsir edə biləcəyini düşünür: “Bu, yığma karyerama öz mənfi təsirini göstərə bilər. Ola bilsin daha milliyə çağırılmadım. Bu halda, baş məşqçi Berti Foqtsdan inciməyəcəyəm. Mən yığmada çıxışımı davam etdirmək istərdim. Ancaq qərarı baş məşqçi verir”.
Qeyd edək ki, Levin millidə sonuncu matçı olan Sinqapurla oyunda 90 dəqiqə forma geyib. Bu, onun üçün yubiley – 20-ci matç olub.
Mehman Süleymanov

0
0