“Simurq” yenə əcnəbi mütəxəssisə tapşırılır
06.03.2012 - 17:50
“Simurq”un yeni baş məşqçisi əcnəbi olacaq. Bu barədə apasport.az saytına komandanın icraçı-direktoru Vaqif Əliyev məlumat verib.
O bildirib ki, yenicə istefa verən rusiyalı çalışdırıcı Sergey Yuranı əcnəbi mütəxəssis əvəzləyəcək. Əliyev bununla bağlı axtarışların davam etdiyini və təsnifat mərhələsindən sonra məsələyə aydınlıq gələcəyini bildirib.
Əslində “Simurq”un 7 illik tarixində baş məşqçiləri yalnız əcnəbilər olub. Komandanı debüt mövsümündə çıxış etdiyi I dəstədə ukraynalılar - Anatoli Piskovetslə Viktor Pışev çalışdırıb. Premyer Liqada ilk baş məşqçi də ukraynalı – Roman Pokora olub. O, 2006-09-cu illərdə komandaya rəhbərlik edib, bürünc medal, Avroliqaya vəsiqə qazandırıb.
Bu, “Simurq”un tarixində ən böyük uğurdur. 2009/10 mövsümündə isə “Simurq”a “Bakı”nı və milli komandamızı da çalışdırmış makedoniyalı Qyoko Hacıyevski rəhbərlik edib. Yəni Yurana kimi yüksək liqada baş məşqçilər mövsümü başa vurub gediblərsə, indi ilk dəfə çempionatın gedişində istefa reallaşdı.
Qeyd edək ki, “Simurq”da baş məşqçi əvəzi yerli çalışdırıcı, qış fasiləsində Yurana köməkçi dəvət edilən 42 yaşlı İqor Getmandır. O, Zaqatala təmsilçisini sabah “Qarabağ”la Ağdamdakı oyuna çıxararaq, əsas komanda səviyyəsində baş məşqçi kimi debütünü edəcək.
Mehman SÜLEYMANOV

0
0