Milli komandamızın rəqibini Türkiyə yığması yola salacaq
07.03.2012 - 10:28
Milli komandamızın rəqibini Türkiyə yığması yola salacaq
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığması növbəti yoldaşlıq görüşlərini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Kriştianu Ronaldonun kapitanı olduğu yığmanın mayın 26-da Makedoniya, iyunun 2-də Türkiyə millisini qəbul edəcəyi rəsmən açıqlanıb. Bu, Avropa çempionatının (AÇ) final mərhələsi öncəsi son sınaq olacaq. Portuqaliya məhz Türkiyə ilə matçdan sonra – iyunun 4-də qrup oyunlarını keçirəcəyi Polşaya yollanacaq. Baş məşqçi Paulu Bentu AÇ-yə aparacağı 23 nəfərlik siyahını mayın 14-də açıqlayacaq. Onun komandası final mərhələsində Almaniya, Hollandiya və Danimarka yığmaları ilə bir qrupa düşüb.

Qeyd edək ki, millimiz Portuqaliya ilə növbəti seçmə mərhələdə ilk matçını sentyabrın 11-də keçirəcək.