Napoleon Azərbaycana gəlmək istəyir
07.03.2012 - 11:53
Bir neçə gündən sonra 17 yaşadək qızlar arasında bu il Azərbaycanda keçiriləcək dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, mundiala seçmə xarakteri daşıyan, həm də qitə birinciliyi sayılan yarış ərəfəsində Boliviya yığması iddialıdır.
Belə ki, yarışa ev sahibliyi edən ölkənin milli komandasının baş məşqçisi Napoleon Kardoso Azərbaycana 3 vəsiqədən birinə sahib çıxmaqdan danışıb: “Peru, Uruqvay, Ekvador və Argentina ilə birlikdə mübarizə apardığımız qrupdan çıxıb, sonradan Azərbaycandakı dünya çempionatına vəsiqə qazanmalıyıq. Bunun üçün hücum futbolu oynayacağıq. Çünki uğura, dünya çempionatına aparan yol hücumdan keçir. Hücum edib qollar vurmalıyıq ki, istəyimizə çataq”.
Qeyd edək ki, Azərbaycandakı dünya çempionatı bu il sentyabrın 22-dən oktyabrın 13-dək keçiriləcək.

0
0