Asan gəzinti
07.03.2012 - 12:23
Azərbaycan futzal yığması asan gəzintiyə çıxır. Apasport.az saytının məlumatına görə, DÇ-2012-nin pley-off mərhələsinin Rusiya ilə oyunlarına hazırlaşan komandamızın Türkiyə ilə keçirəcəyi yoxlama matçlarını belə adlandırmaq olar.
Çünki İstanbulda baş tutacaq 2 görüşədək millimiz heç vaxt “ay-ulduzlular”a uduzmayıb. İndiyədək 7 dəfə baş tutan Azərbaycan – Türkiyə oyunlarının 6-da qələbəni məhz bizim futzalçılar qazanıb. Yeganə heç-heçə isə bu il keçirilən Bakı Beynəlxalq Futzal Turnirinin sonuncu, artıq o qədər də əhəmiyyət kəsb etməyən III turunda qeydə alınıb.
Həmin qarşılaşmada uduzmayacağı halda 2-ci yeri tutacağı dəqiqləşən Alesionun yetirmələri türklərin 1 xal qazanmaqla, 3-cü olmasına maneçilik törətməmişdi.
Qeyd edək ki, bu dəfəki görüşlər martın 15-16-da keçiriləcək.

| 26.12.2006 | Azərbaycan – Türkiyə - 4:2 | (Yoldaşlıq oyunu) |
|---|---|---|
| 27.12.2006 | Azərbaycan – Türkiyə - 5:2 | (Yoldaşlıq oyunu) |
| 19.02.2007 | Türkiyə - Azərbaycan – 4:6 | (Yoldaşlıq oyunu) |
| 25.09.2007 | Türkiyə - Azərbaycan – 4:5 | (İzmir-2007 turniri) |
| 21.02.2008 | Azərbaycan – Türkiyə - 4:2 | (Yoldaşlıq oyunu) |
| 21.12.2009 | Azərbaycan – Türkiyə - 4:3 | (Bakı Beynəlxalq Futzal Turniri) |
| 16.01.2012 | Azərbaycan – Türkiyə - 2:2 | (Bakı Beynəlxalq Futzal Turniri) |
Qeyd edək ki, bu dəfəki görüşlər martın 15-16-da keçiriləcək.
0
0