Boyan Pavloviç adını İFFHS-in rekordlar siyahısına yazdırdı
07.03.2012 - 15:24
“Qarabağ” klubunun qapıçısı Boyan Pavloviç adını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rekordlar siyahısına yazdırıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı serbiyalı legioner dünyanın milli çempionatlardakı ən uzun “quru seriya”lara malik siyahıya düşmək üçün ona lazım olan 28 dəqiqə qol buraxmamaq vəzifəsini yerinə yetirib.
Bu, hazırda Ağdamda keçirilən “Qarabağ” – “Simurq” oyununda reallaşıb. İstənilən qapıçıya adı çəkilən siyahıya daxil olmaq üçün 660 dəqiqə “quru seriya”ya nail olmaq lazım idi ki, komandasının son 7 oyununda əvəzolunmaz olan Boyan bunadək 632 dəqiqədir qol buraxmırdı.
Serbiyalı istəyinə çatmaqla, İFFHS-in siyahısında Azərbaycan çempionatını təmsil edən 16-cı göstəricinin müəllifi olub. Belə ki, bu siyahıya klublarımızın qapıçıları tərəfindən əldə olunan 15 nəticə düşüb.
Bunlardan ikisi “Qarabağ”ın hesabındadır və hər iki nailiyyət Camaləddin Əliyevə məxsusdur. Bu isə o deməkdir ki, Əliyev həm də Ağdam klubunun rekordçusudur. Pavloviç 660-a çatarsa, “Qarabağ”ın dünya reytinqində 3-cü uğuru və 2-ci qapıçısı olacaq. Onun siyahıda neçənci olmağı isə “quru seriya”sı qırılan zaman bilinəcək.
Qeyd edək ki, Pavloviç sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqda öz qapısında qol görüb. Həmin görüşdə “Qarabağ”ın qapısına sonuncu qolu vuran Flavinyodan sonra hələ də qapıçını məyus edən tapılmayıb.
Azərbaycan çempionatının İFFHS-in siyahısındakı təmsilçiləri:
1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985
3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Dmitri Kramarenko (“Karvan”) – 798
8. Dmitri Kramarenko (“Neftçi”) – 772
9. Rauf Mehdiyev (“Olimpik”) – 746
10. Elşən Poladov (“Bakı”) – 744
11. Nadir Şükürov (“Dinamo”) – 741
12. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735
13. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
14. Camaləddin Əliyev (“Qarabağ”) – 700
15. Rauf Mehdiyev (“Olimpik”) – 676

0
0