AFFA-da DÇ müzakirəsi
07.03.2012 - 15:31
Hərbçilərin futbol üzrə dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçiriləcək. Apasport.az saytının məlumatına görə, bununla əlaqədar bu gün AFFA-nın inzibati binasında keçirilən görüşdə baş katib Elxan Məmmədov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOİK-in rəisi Natiq Əliyev, Beynəlxalq Hərbi İdman Təşkilatının Baş katibliyinin administrasiya rəhbəri Oliver Verhelle və təşkilatın texniki direktoru Nevzat Varol iştirak edib.
Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatının bu il Azərbaycanda keçiriləcəyini qonaqların diqqətinə çatdırıb və hazırda ölkəmizdə mövcud olan, həmçinin inşası davam edən stadionlarla bağlı ətraflı məlumat verib. FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilati işləri ilə bağlı ətraflı məlumat aldıqlarını deyən qonaqlar, hərbçilərin futbol üzrə dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inandıqlarını bildiriblər.

0
0