“Sumqayıt”: Mənasız transferlər, antirekord, biabırçılıq və suallar
07.03.2012 - 16:27
Azərbaycan Premyer Liqasında yeni rekord qeydə alındı. Apasport.az saytının məlumatına görə, AZAL – “Sumqayıt” oyunu mövsümün ən məhsuldar matçı kimi tarixə düşdü.
Meydan sahiblərinin 6:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada 9 qolun vurulması, “Neftçi” – AZAL görüşündəki rekordu kölgədə qoydu. Həmin qarşılaşmada 1:7 hesabı ilə uduzan “təyyarəçilər” bu dəfə “Sumqayıt”ı göyə qaldırıb yerə çırpmaqla, rəqibinə futbol dərsi keçdi.
Düzdür, 3:6 hesablı məğlubiyyət “Sumqayıt” üçün antirekord sayılmır. Ötən mövsüm I divizionda “Rəvan”a da, “Abşeron”a da, bu il isə “Neftçi”yə eyni – 0:4 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisi indiki qədər aciz olmamışdı. Həmin görüşlərdə fərq daha böyük olmuşdu. Lakin komanda cəmi 4 qol buraxmışdı. Bu dəfə isə tarixi ərzində heç vaxt buraxmadığı qədər – 6 qola üzüldü.
Hər halda, 90 dəqiqəyə 6 qol buraxan komandanın orta hesabla hər 15 dəqiqədən bir meydanın mərkəzində qolun buraxılmasını “qeyd etməsi” sadəcə, biabırçılıqdır.
AZAL da 1 oyunda 7 qol buraxıb. Lakin kimdən – “Neftçi”dən. Türkiyədə toplanış keçən, heyətinə xeyli oyunçu qatan sumqayıtlılar isə Azərbaycandan kənara çıxmayan, düz əməlli transfer etməyən rəqibi qarşısında diz çökürsə, onda bu komandanın Antalyaya getməsi, mənasız transferlər etməsi yalnız sual doğurur.
Əgər komanda Antalyadan qayıdandan sonra keçirdiyin 4 oyunda xal qazanmırsa, bütün oyunları uduzub 3 dəfə böyük hesabla darmadağın olursa, vurduğu 3 qolun qarşılığında 14-nü buraxırsa bu klubun Premyer Liqada nə işi? Onsuz da güzəştlə - dağılan “Abşeron”un yerinə elitaya qatılan aşağı dəstənin ortababı niyə başqaları üçün xal paylayıcısına çevrilir? Ondansa, elə layiq olduğu I divizionda mübarizə aparardı.
Ən maraqlısı isə odur ki, AZAL-la – ikinci “altılıq”dakı rəqibi ilə oyuna sumqayıtlılar əsas qapıçısız çıxırlar. Milli komandanın üzvü Andrey Popoviçə istirahət verməklə, darmadağının əsasən elə özləri qoyurlar.

0
0