Şüvəlandakı “leysan” Premyer Liqada yeni rekord vurdu
07.03.2012 - 18:12
Premyer Liqada yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ən çox qol təsnifat mərhələsinin sonunda vuruldu. Söhbət bu gün keçirilən XIX turdan təxirə salınan matçlardan gedir. Belə ki, azarkeşlər 6 oyunda 22 qol gördü. Bu isə orta məhsuldarlığın 3,7 top olmağı deməkdir.
Ən məhsuldar oyun AZAL – “Sumqayıt” matçında oldu. Belə ki, qolların az qala yarısı həmin matçda (6:3) vuruldu. Bu, məhsuldarlığına görə nəinki turun, ümumiyyətlə, mövsümün rekordu oldu. Bu turun yeganə böyük hesablı qələbəsi də məhz həmin matçda qeydə alındı.
Bunadək rekord 18 qol idi ki, onda da AZAL-ın ev oyununun nəticəsi həlledici olmuşdu. Belə ki, “təyyarəçilər” həmin vaxt Şüvəlanda “Simurq”a böyük hesablı qalib gəldikləri matçda 6 qol vurmuşdu – 5:1.
Premyer Liqanın cari mövsümündə vurulan qollar
Mehman SÜLEYMANOV

| I | tur | – | 16 | qol |
|---|---|---|---|---|
| II | tur | – | 12 | qol |
| III | tur | – | 15 | qol |
| IV | tur | – | 13 | qol |
| V | tur | – | 14 | qol |
| VI | tur | – | 13 | qol |
| VII | tur | – | 10 | qol |
| VIII | tur | – | 15 | qol |
| IX | tur | – | 7 | qol |
| X | tur | – | 13 | qol |
| XI | tur | – | 12 | qol |
| XII | tur | – | 17 | qol |
| XIII | tur | – | 9 | qol |
| XIV | tur | – | 13 | qol |
| XV | tur | – | 17 | qol |
| XVI | tur | – | 16 | qol |
| XVII | tur | – | 18 | qol |
| XVIII | tur | – | 12 | qol |
| XIX | tur | – | 22 | qol |
| XX | tur | – | 11 | qol |
| XXI | tur | – | 14 | qol |
| XXII | tur | – | 12 | qol |
Mehman SÜLEYMANOV
0
0