Cüneyt Biçər: Bu, ona əsas heyətə düşmək üçün bir şansdır
08.03.2012 - 00:07
“Kamran Ağayevin ayağında yırtıq var və orada gematopa əmələ gəlib. Biz onun keçməsini gözləməliyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər deyib.
Türkiyəli çalışdırıcı “Turan”la XIX turdan təxirə salınan oyunda milli komandamızın da əsas qapıçısı olan Kamran Ağayevin xidmətindən yararlana bilmədi. Yenidən zədə problemi yarana Kamranın adı oyunun protokoluna daxil edilməmişdi.
Biçər qapıda yer verdiyi Kamal Bayramovdan razılığını ifadə edib: “Ağayev ən azı 2 həftəyə bizə kömək edə biləcək. Bu müddətdə 2-ci qapıçımız olan Kamal Bayramovun xidmətindən istifadə edəcəyik. Əslində, Kamal ötən tur “Qəbələ”yə uduzduğumuz matçda da pis təsir bağışlamamışdı. Bu dəfə də yaxşı oyandı. Elə alındı ki, indi qapını ona etibar etməli olduq. Bu, Bayramov üçün əsas heyətə düşüb, möhkəmlənmək baxımından bir şansdır. Ondan nə dərəcədə istifadə etməyi özündən asılıdır”.

0
0