“Neftçi” - rekord yeniləndi
08.03.2012 - 00:01
Ardıcıl ikinci dəfə təsnifat mərhələsinin qalibi olan “Neftçi” 22 turluq marafonu 49 xalla tamamlayıb. Apasport.az saytının məlumatına görə, bu, ardıcıl 3-cü dəfədir indiki formatla keçirilən çempionatların rekordudur.
Düzdür, 2009/10 mövsümündə təsnifat mərhələsindən sonra komandalar mübarizəni “qızıl xallar”la, 2010/11 mövsümündə isə bu dəfəki kimi bütün xallarla davam etdirmişdi. Amma hər 3 halda, ilkin mərhələdə hər komanda 22 matç keçirib.
2 il əvvəl təsnifat oyunlarını 49 xalla tamamlayan “İnter”in rekordunu təkrarlayan “Neftçi” ötən mövsüm 1 xal az qazanmışdı. Onda bakılıların izləyicisindən üstünlüyü də az – cəmi 1 xal idi.
“İnter”in xal rekorduna şərik olan “Neftçi” 22 oyunda 45 qol vurmaqla, mütləq rekord da vurub. Lakin bakılılar son 3 mövsümün özlərinə aid 40 qolluq rekordunu artıq ötən tur arxada qoymuşdular. “Ağ-qaralar” 45:17-lik top fərqi ilə “İnter”in 36:18-lıq nəticəsini üstələyib, son 3 ilin ən yaxşısı adını qazandı.

0
0