Mançesterdə sürpriz, “Beşiktaş” məğlub qayıdır
09.03.2012 - 01:55
Mançesterdə sürpriz, “Beşiktaş” məğlub qayıdır
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin 2-ci dərəcəli klub turnirinin ən yaxşı 16 komandası münasibətlərini ayırd edib.

6 ölkədə baş tutacaq 8 qarşılaşma 2 müxtəlif vaxtda keçirilib. Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyənin “Beşiktaş” klubu səfərdə “Atletiko”nun qonağı olub. Artıq ilk yarıda 3 qol buraxan türkiyəlilər fasilədən sonra yalnız təsəlli qolu vura biliblər. Günün sensasiyası isə digər İspaniya təmsilçisi “Atletik”in hesabına yazılıb. Bilbao təmsilçisi səfərdə “Mançester Yunayed”ə səfərdə qalib gəlib.






Avropa Liqası
1/8 final, ilk oyunlar


"Mançester Yunayted" (İngiltərə) - "Atletik" (Bilbao, İspaniya) -2:3
Ueyn Runi, 22; 90 (pen) - Fernando Llorente, 44; Oscar de Markos, 72; Iker Muniain, 90

"Standard" (Belçika) - "Hannover" (Almaniya) - 2:2
Yoni Buyens, 27; Mohammed Çite, 30 - Lars Stindl, 22 (pen); Mame Biram Diouf, 56

"Valensiya" (İspaniya) - PSV (Hollandiya) - 4:2
Viktor Ruiz, 11; Roberto Soldado, 13; 43 (pen); Pablo Piatti, 56 - Ola Toyvonen, 83 (pen); Georginio Vijnaldum, 90

"Alkmaar" (Hollandiya) - "Udineze" (İtaliya) - 2:0
Maarten Martens, 63; Erik Falkenburg, 84

"Metallist" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) - 0:1
David Fuster Torrijos, 50

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 1:0
Alexandre Luiz Reame, 51

"Tvente" (Hollandiya) - "Şalke" (Almaniya) - 1:0
Luk de Yong, 61 (pen)

"Atletiko" (İspaniya) - "Beşiktaş" (Türkiyə) - 3:1
Eduardo Salvio, 24; 27; Adrian, 37 - Simao 53


Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 15-də baş tutacaq.