“Mən onun xasiyyətini dəyişdirə bilmirəm”
07.03.2012 - 23:18
Daim qalmaqallı hərəkətləri ilə diqqət mərkəzində olan “Mançester Siti”nin hücumçusu Mario Balotelli bu dəfə də ənənəsinə sadiq qalıb. Apasport.az saytının xəbərinə görə, italiyalı forvard dostları ilə birgə Mançesterdəki ticarət mərkəzinə daxil olarkən ondan papağını çıxarmasını xahiş ediblər.
Lakin Balotelli buna etiraz edərək baş geyimini tanınmamaq üçün taxdığını bildirib. Amma ticarət mərkəzinin rəhbərliyi mühafizəçilərin köməyi ilə adıçəkilən futbolçunu küçəyə çıxarıb.
Xatırladaq ki, Balotelli bir neçə gün əvvəl gecə klubuna getdiyi üçün “Mançester Siti”nin rəhbərliyi tərəfindən 240 min funt sterlinq məbləğində cərimələnib. Onun qalmaqallı hərəkətlərindən bezən Mançini çıxış yolunu Balotellinin evlənməsində görür: “Mən onun xasiyyətini dəyişdirə bilmirəm. Hamı gənc olanda səhv edir. Məncə, Marionu evləndirmək lazımdır”.

0
0