Hiddinkə 50 min avro mükafat
08.03.2012 - 02:34
Rusiya çempionatının 33-cü turu çərçivəsində səfərdə “Dinamo”ya qalib gələn (1:0) “Anji”nin rəhbərliyi komandanın yeni çalışdırıcısı Qus Hiddinkə 50 min avro məbləğində mükafat verib. Apasport.az saytının xəbərinə görə, hollandiyalı mütəxəssisin köməkçiləri - Ton du Şatinye və Jelko Petroviç də 25 min avro mbələğində mükafat alıb.
Mahaçqala klubunun prezidenti Suleyman Kərimov komandası Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Hiddinkə 2 milyon avro, Rusiya çempionu olacaqları halda isə 5 milyon avro mükafat vəd edib.
Qeyd edək ki, son iş yeri Türkiyə yığması olan Hiddink bu ilin yanvarında “Anji” ilə 1,5 il müddətinə müqavilə imzalayıb.

0
0