FİFA Azərbaycan - Fələstin görüşünü hesaba almadı
08.03.2012 - 13:25
FİFA Azərbaycan - Fələstin görüşünü hesaba almadı
Fevralın 29-da Dubayda keçirilmiş Azərbaycan və Fələstin yığmaları arasında keçirilmiş yoldaşlıq görüşü FİFA-nın reytinq cədvəlinin rəsmi oyunları siyahısından çıxarılıb. Apasport.az saytının xəbərinə görə, bununla bağlı FİFA-dan AFFA-ya məktub göndərilib.

Məktubda qeyd olunub ki, hakim dəyişikliyi barədə FİFA-ya məlumat verilməyib. Bununla bağlı aparılan araşdırmalar zamanı qarşılaşmanın dördüncü hakiminin adının 2012-ci il üçün təsdiqlənmiş FİFA hakimlərinin siyahısında olmadığı aşkarlanıb. Elə bu səbəbdən də Azərbaycan – Fələstin matçı FİFA-nın reytinq cədvəlində hesaba alınmayıb.

Xatırladaq ki, həmin qarşılaşmada millimiz 0:2 hesabı ilə məğlub olmuşdu.