“AVRO-2020-nin Gürcüstan və Azərbaycanda keçirilməsi kifayət qədər realdır”
08.03.2012 - 19:49
Gürcüstan və Azərbaycan nümayəndələri yaxın 2 həftədə Türkiyədə keçirələcək UEFA konqresində gələcək planları müzakirə edəcəklər. Apasport.az saytının məlumatına görə, bunu keçirdiyi brifinqdə Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava deyib.
O bildirib ki, həmin görüşdə Avropa Çempionatının 2020-ci ildə Azərbaycan və Gürcüstanda keçirilməsi layihəsinin reallaşdırılması istiqamətində suallar öz konkret həllini tapacaq.
GFF rəhbəri qeyd edib ki, 2020-ci il qitə birinciliyinin Gürcüstanda və Azərbaycanda keçirilməsi kifayət qədər realdır. Siçinavanın sözlərinə görə, 2014-cü ildə Avropa Çempionatının keçiriləcəyi şəhərlərlə bağlı hazır plan UEFA-ya təqdim edilməlidir.
Federasiya prezidentinin sözlərinə görə, Avropa Çempionatının Gürcüstanın beş şəhərində keçirilməsi nəzərdə tutulur. Onların üçü Tbilisi, Batumi və Kutaisidir, daha iki şəhərin adları isə gələcəkdə bəlli olacaq.
Siçinava həmçinin bildirib ki, UEFA tələblərinə uyğun olaraq, Avropa Çempionatının keçirilməsi üçün 12 stadion və 24 yaşayış bazasının tikilməsi gərəkdir.
2020-ci il Avropa Çempionatına sahiblik edəcək ölkəni UEFA 2014-cü ildə elan edəcək.
Trend

0
0