“Real”ın tarixinin ən yaxşı futbolçusu müəyyənləşib
09.03.2012 - 09:29
İspaniyanın “Real” klubunun tarixinin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən Zinəddin Zidan Madrid təmsilçisinin ən yaxşısı seçilib. Karyerasını 2006-cı ildə başa vuran fransalı yarımmüdafiəçi 2001-06-cı illərdə “Kral klubu”nda çıxış edib. O, ən yaxın izləyiciləri braziliyalı Roberto Karlos və İker Kasilyası arxada qoyub. Klub tarixinin rəmzi yığmasına indiki heyətdən Kriştianu Ronaldo və Serxio Ramos da düşüb: İker Kasilyas — Serxio Ramos, Fernando Yerro, Roberto Karlos — Fernando Redondo, Zinəddin Zidan, Miçel, Ferens Puşkaş — Alfredo Di Stefano, Raul, Kriştianu Ronaldo.
0
0