“Altılıq”da yaxşı komandalar toplaşıb”
09.03.2012 - 09:50
“Bakı”dan aldığımız məğlubiyyətdən sonra bizə bu oyunda qələbə qazanmaq çox vacib idi. Rəqib də oyuna ciddi köklənmişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in futbolçusu İbrahima Niasse deyib.
Premyer Liqanın XIX turunun “Rəvan”la matçında qələbə qolunu vuran yarımmüdafiəçi klubun rəsmi saytına oyun haqda fikirlərini açıqlayıb: “Düşünürəm ki, pis oynamadıq, xüsusilə də birinci hissədə yaxşı oynadıq. Ümumilikdə, hesab edirəm ki, nəticə oyuna görə oldu. Biz bu qələbəyə və 3 xala layiq idik. Kimin qol vurması vacib deyil, vacib olanı odur ki, komanda qələbə əldə etdi. Bəli, bu mənim ilk qolum idi və gələcəkdə də komandaya xeyir vermək istərdim. Deyim ki, “altılıq”da yaxşı komandalar toplaşıb və hər biri yüksək yerlər uğrunda mübarizə aparmaq iqtidarındadır. Biz artıq çətin oyunlar keçirmişik, lakin bizi qarşıda daha çətin oyunlar gözləyir. Bir sözlə, bizə çox çətin olacaq”.

0
0