Ən yüksək ödənişli baş məşqçilərin siyahısı
09.03.2012 - 10:14
Dünya futbolunda ən yüksək ödənişli məşqçilərin növbəti siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda liderlik portuqaliyalı Joze Mourinyoya məxsusdur. Madrid “Real”ının 49 yaşlı baş məşqçisi ildə 10 milyon qazanır. Siyahıda əsas dəyişiklik Qus Hiddinkin Xosep Qvardiolaya çataraq, 2-3-cü pilləni onunla bölüşdürməyi olub. Hər ikisinin illik məvacibi 7,5 milyon avrodur. 65 yaşlı hollandiyalı mütəxəssis yaxında “Anji”nin “sükanı arxası”na keçəndən sonra dünyanın ən ödənişli çalışdırıcıları siyahısında liderlərdən biri olub.
Qeyd edək ki, ilk onluqda həmçinin italiyalılar Roberto Mançini (“Mançester Siti, 6 milyon avro), Karlo Ançelotti (PSJ, 5,9 milyon avro), almaniyalı Yupp Haynkes (“Bavariya, 5 milyon avro), şotlandiyalılar Aleks Ferqyuson (“Mançester Yunayted, 4,8 milyon avro), Kenni Daqliş (“Liverpul”, 4,8 milyon avro), fransalı Arsen Venger (“Arsenal”, 4,7 milyon avro) və Harri Rednapp (“Tottenhem”, 4,7 milyon avro) yer alıb.

0
0