Milli komandamızın qapıçısı: Hər şey bayağı və sadədir
09.03.2012 - 10:42
Milli komandamızın qapıçısı: Hər şey bayağı və sadədir
Azərbaycan futzal yığmasının qapıçısı Andrey Tveryankin yüksək səviyyədə çıxışından danışıb. Apasport.az saytının məlumatına görə, vətənində KPRF klubunda oynayan 45 yaşlı milliləşdirilən rusiyalı bunun heç bir sirrinin olmadığını açıqlayıb.

Tveryankin gənclərə də məsləhət verib: “Rejim elə həmin rejimdir (gülür). Hansı sirlər ola bilər? Hər şey bayağı və sadədir: istək var, sağlamlıq imkan verir, niyə də yox? Gənc oyunçulara onu məsləhət görərdim ki, daha çox məşq etmək istəyində olsunlar, sonra oynasınlar. Həmçinin yüngül yollar axtarmasınlar. Əmək insanı möhkəmləndirir və ondan idmançı, o cümlədən adam edir”.

Qeyd edək ki, Tveryankin ötən ay Xorvatiyada keçirilən Avropa çempionatının final mərhələsinin tarixinə ən yaşlı oyunçu kimi düşdü.