Berti Foqts ilk dəfə seçkilərdə
09.03.2012 - 11:26
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Bakıya qayıdıb. Apasport.az saytının məlumatına görə, 66 yaşlı almaniyalı mütəxəssis hazırda AFFA-nın inzibati binasında keçirilən hesabat-seçki Konfransında iştirak edir.
O, millimizin Dubayda fevralın 29-da başa çatan təlim-məşq toplanışından sonra oradan vətəninə yollanmışdı. AFFA-da prezidentin və İcraiyyə Komitəsinə üzvlərin seçildiyi Konfransa qatılmaq üçün ölkəmizə qayıdan təcrübəli çalışdırıcı bazar günü startı veriləcək “altılığ”ın oyunlarını da izləyəcək.
Qeyd edək ki, yeganə namizəd kimi AFFA-nın prezidenti vəzifəsinə daha 4 il təsdiqlənəcək Rövnəq Abdullayev ilk dəfə bu posta 2008-ci ilin martın 14-də seçiləndə Foqtsun ölkəmizə bağlılığı yox idi. Abdullayev prezident olandan sonra dəvət alan almaniyalının millimizə təyinatı həmin ilin aprelin əvvəlində reallaşdı.

0
0