AFFA üçün 17 milyon 152 min manat
09.03.2012 - 11:30
AFFA üçün 17 milyon 152 min manat
AFFA-nın 2011-ci ildəki fəaliyyətinin maliyyə hesabatı məlum olub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən qurumun növbəti Hesabat-Seçki konfransında xərclərin 20 milyon 167 min manat olduğu açıqlanıb.

Bunun 11 milyon 109 min manatı baş sponsor ARDNŞ-dan, digər 9 milyon 56 min manatı isə atribut, bilet satışı, reklam, UEFA və FİFA-dan və sairdən əldə olunub.

AFFA-nın 2012-ci il büdcəsi17 milyon 152 min manat olacaq. Bunun 12 milyon ARDNŞ, 5 milyon 152 mini digər sahələrdən gələcək.