AFFA yeni stadionları mayda təhvil verəcək
09.03.2012 - 11:45
AFFA yeni stadionları mayda təhvil verəcək
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin açılış matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev hazırda keçirilən hesabat-seçki Konfransında deyib.

O, mərkəzi arenada yenidənqurma işlərinin davam etdiyini bildirməklə yanaşı, ölkəmizdə yeni tikilən stadionlar haqda da fikirlərini söyləyib: “Son 8 ildə ölkədə 76 stadionun tikilib. Ötən il "Dalğa Arena" istifadəyə verildi. Daha 3 stadionun tikintisi isə davam edir. 65 minlik olimpiya stadionu ilə yanaşı, tikintisi davam edən 8 km qəsəbəsində 12 minlik və 20-ci sahə ərazisində 5 minlik meydançalar may ayında təhvil veriləcək”.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək.