“Məsləhət görərdim ki, kişi futbolçular qızlardan nümunə götürsünlər”
09.03.2012 - 12:11
“Məsləhət görərdim ki, kişi futbolçular qızlardan nümunə götürsünlər”
“Bildiyiniz kimi, milli komandamızın Fələstin yığması ilə yoldaşlıq görüşünün nəticəsi FİFA tərəfindən ləğv olunub. Bu oyunla bağlı çox danışmaq istəmirəm”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın Dubay toplanışına münasibət bildirərkən deyib.

Abdullayev dünən 17 yaşlı qızlardan ibarət milli komandamızın oyununu izlədiyini bildirib: “Qadın futbolçularımız dünən çox gözəl qollara imza atdılar. Mən məsləhət görərdim ki, kişi futbolçulardan ibarət millimiz qızlardan nümunə götürsün.”