Oleq Bloxin Azərbaycan yığması ilə oyunu xatırladı
09.03.2012 - 13:24
Oleq Bloxin Azərbaycan yığması ilə oyunu xatırladı
AÇ-2012-nin final mərhələsinə hazırlaşan Ukrayna yığmasının baş məşqçisi Oleq Bloxin millimizlə 2006-cı il fevralın 28-də keçirilən yoxlama oyununu xatırlayıb. Apasport.az saytının məlumatına görə, 60 yaşlı mütəxəssis ötən ayın 29-da İsraillə keçirilən yoldaşlıq oyununu 6 il əvvəl DÇ-2006-ya hazırlıq məqsədi daşıyan qarşılaşma ilə müqayisə edib. O, fevralın son günündəki 2 səfər matçını dəyərləndirib: “Düşünürəm ki, o vaxt komandamız nisbətən zəif idi. İndi futbolçular yığmanın düşərgəsinə daha yaxşı fiziki formada gəlib, nəinki 2006-cı ildə”.

Qeyd edək ki, Ukrayna yığması bu dəfə səfərdə İsraili 3:2 hesabı ilə məğlub edibsə, 6 il əvvəl Bakını qolsuz heç-heçə ilə tərk etmişdi.