Bahodir Nasimov İrana qarşı
09.03.2012 - 13:47
Bahodir Nasimov İrana qarşı
DÇ-2014 Asiya zonası üzrə 4-cü seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Malayziyanın Kula Lumpur şəhərində keçirilən tədbirdə 10 komanda 2 qrupa bölünüb.

Azərbaycan Premyer Liqasının bombardiri, “Neftçi”nin hücumçusu Bahodir Nasimovun şərəfini qoruduğu Özbəkistan yığması A qrupunda yer alıb. Onlar İran, Cənubi Koreya, Qətər və Livanla mübarizə aparacaqlar. B qrupunda isə Avstraliya, İraq, İordaniya, Oman və Yaponiya yığmaları yer alıb.

Bu il iyunun 3-dən gələn iyulun 18-dək davam edəcək bu mərhələdə hər qrupda ilk 2 yeri tutan komanda Braziliyada keçiriləcək mundiala vəsiqə qazanacaq. III yerlərin sahibləri 5-ci seçmə mərhələdə qalibi müəyyənləşdirəcək ki. həmin komanda da qitələrarası pley-offa yüksələcək.