Milli komandamızın növbəti toplanışının vaxtı açıqlandı
09.03.2012 - 14:14
Milli komandamızın növbəti toplanışının vaxtı açıqlandı
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts qarşıdakı hazırlıq planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı millimizi gələn ayın əvvəli bir araya gətirəcəyini bildirib: “Bizim apreli 2-dən 4-nə qədər Bakıda təlim-məşq toplanışımız olacaq. Mayın sonu, iyunun əvvəlində səfərdə iki yoldaşlıq oyunu keçirəcəyik. Avqustda isə Bəhreynlə üz-üzə gələcəyik. Bundan sonra sentyabrdakı rəsmi oyunlarda kimlərə etimad göstərəcəyimi deyə bilərəm”.

Qeyd edək ki, millimiz mayın 29-da Frankfurtda Andorra yığması, iyunun 5-də Minskdə Belarus millisi ilə yoldaşlıq görüşü keçirəcək.