AFFA-nın komissiya və komitə sədrləri təsdiqləndi
09.03.2012 - 14:17
AFFA-nın komissiya və komitə sədrləri təsdiqləndi
Bu gün keçirilən AFFA-nın hesabat-seçki Konfransının assosiasiyanın komissiya və komitə sədrləri təsdiqlənib. Apasport.az saytının məlumatına görə, Konfrans Muxtar Babayevin Apellyasiya və Ekspert Komissiyasının, Xaqani Məmmədovun Hakimlər Komitəsinin, Gülağa Cabarovun Hakim-İnspektorlar Komitəsinin, Tofiq Fətullayevin isə İntizam Komitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, bu şəxslər 2008-ci ilin martından öz vəzifələrində çalışır.