“Xəzər Lənkəran”ın tarixində ilk dəfə
09.03.2012 - 14:40
“Xəzər Lənkəran”ın tarixində ilk dəfə
“Xəzər Lənkəran” 8 illik tarixində ilk dəfə ölkə çempionatının 1 mövsümündə 2 rəqib futbolçu onun üçün qol vurur. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XIX turunun “Turan”la səfər matçında (1:0) avtoqol edən rəqib futbolçu Ayxan Abbasov bununla da Lənkəran təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.

Cari mövsümdə bunadək “Neftçi”nin və milli komandamızın müdafiəçisi Ruslan Abışovun avtoqoluna sevinən cənublular hər 2 halda Premyer Liqa oyununda, hər ikisində də 1:0 hesabı ilə bitən matçda ilk hissədə vurulan rəqib qolu sayəsində qalib gəlib.

Tarixi ərzində 6-cı dəfə avtoqola sevinən “Xəzər Lənkəran” indiyədək yalnız 2007/08 mövsümündə 2 belə halla üzləşmişdi. Lakin həmin vaxt bu qolların biri kubokda qeydə alınmışdı. İlk dəfə 1 çempionatda 2 avtoqol görən “Xəzər Lənkəran” ümumilikdə Premyer Liqada 4, kubokda 2 dəfə rəqibin öz qapısına qol vurmasına şahid olub. Bu 6 avtoqolun yarısı ev, yarısı səfər matçlarına təsadüf edub.

“Xəzər Lənkəran”ın rəqiblərinin avtoqolları

2006/07 mövsümü
Azərbaycan kuboku, 1/8 final

02.12.2006. Bakılı – Xəzər Lənkəran – 0:3
Anar Məmmədəliyev, 90+2-öz qapısına

2007/08 mövsümü
Azərbaycan çempionatı

23.02.2008. Xəzər Lənkəran – Masallı - 4:1
Vaja Lomaşvili, 81-öz qapısına

2007/08 mövsümü
Azərbaycan kuboku, 1/2 final

09.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:3
İrakli Vaşakidze, 15-öz qapısına

2009/10 mövsümü
Azərbaycan çempionatı

10.12.2009. Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1
Abdulkadir Kamara, 63-öz qapısına

2011/12 mövsümü
Azərbaycan çempionatı

10.09.2011. Xəzər Lənkəran – Neftçi – 1:0
Ruslan Abışov, 41-öz qapısına

2011/12 mövsümü
Azərbaycan çempionatı

07.03.2012. Turan – Xəzər Lənkəran – 0:1
Ayxan Abbasov, 3-öz qapısına

Mənbə: lankaranfc.com