“Premyer Liqa üçün 12 komanda kifayətdir”
09.03.2012 - 15:00
Yenidən AFFA prezidenti seçilən Rövnəq Abdullayev hesabat-seçki konfransından sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının xəbərinə görə, assosiasiya rəhbəri bir sıra maraqlı məqamlara toxunub.
- Mixail Saakaşvili 2020-ci il Avropa çempionatının Azərbaycan və Gürcüstanın birgə təşkil etmək istəməsi ilə bağlı fikirlərini açıqlayıb. Necə düşünürsünüz, həmin çempionatın ölkəmizdə keçirilməsi nə dərəcədə realdır?
- Bu məsələ ilə bağlı araşdırma aparılır. Tam araşdırıldıqdan sonra məlumat veriləcək.
- Martın 21-də İstanbulda baş tutacaq UEFA-nın konqresində bununla bağlı qərarın veriləcəyi gözlənilir.
- İstanbuldakı konqresdə bu məsələ müzakirə olunmayacaq. Orada tamam başqa məsələlərə baxılacaq. Əslində, bu təklifi mən vermişəm. Hər iki ölkənin prezidenti bunu maraqla qarşıladı. Bildiyiniz kimi, “SOCAR Georgia” Gürcüstan Futbol Federasiyası ilə də əməkdaşlıq edir. Gürcüstan futbolunda da maraqlı hadisələr baş verir. Azərbaycan 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına da ev sahibliyi etmək istəyir. Həmin ərəfədə başqa yarışların keçirilməsinin mümkünlüyünü Gənclər və İdman Nazirliyi ilə müzakirə edəcəyik. Fikrimcə, AÇ-2020 hələ real deyil.
- Gələcəkdə İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması gözlənilirmi?
- Bunu gələcəkdə müzakirə edəcəyik. Hələlik bu say yetərlidir.
- Legioner limiti ilə bağlı nə kimi dəyişiklik gözlənilir?
- Bunu İcraiyyə Komitəsinin iclasında müzakirə edəcəyik.
- Gürcüstanda infrastruktur zəifdir. AÇ-2020-ni Türkiyə ilə birgə keçirmək olmazmı?
- Hələ Yay Olimpiya Oyunları variantı var.
- Futbola sərmayə yatıran iş adamlarının vergidən azad olması ilə bağlı qanun layihəsinin qəbul olması istiqamətində nə kimi yenilik var?
- Bu məsələdə irəliləyiş yoxdur. Müvafiq qurumlarda müzakirələr aparılıb və hər dəfə ortaya fərqli variantlar çıxıb. Ona görə də məsələ açıq qalıb.
- Yığmanın son oyunu ilə bağlı nə deyə bilərsiniz?
- Top yumru, meydan düzdür. Oyun zamanı hər şey ola bilər. Fələstinlə oyunda baş verənlərdən yəqin ki, xəbərdarsınız. FİFA bu oyunun nəticəsini ləğv edib. Yoxlama oyununda baş məşqçi əsasən futbolçuların hazırlığını yoxlayır, komandadakı problemləri yoluna qoymağa çalışır. Yeri gəlmişkən, qızların vurduğu qollara baxdım. Adam fəxr edir. Oğlanların onlardan nümunə götürmələrini məsləhət bilərdim.
- Yeni mövsümdə Unibank Premyer Liqasında iştirakçı komandaların sayının artırılması gündəmdədir?
- Komandaların sayının artırılması ilə bağlı söhbət yoxdur. Hazırda Premyer Liqada 12 klub çıxış edir ki, onların bəzilərində - “Kəpəz”də, “Turan”da maliyyə problemi yaranmışdı. Hətta “Turan” sponsorunu dəyişdi. Fikrimcə, I divizion komandalarını gücləndirməli, keyfiyyəti qaldırmalıyıq. 9 milyonluq Azərbaycan üçün güclülər dəstəsində 12 komanda kifayətdir.
- Hazırda Azərbaycanda fəaliyyət göstərən idman nəşrlərinin maliyyə durumu elə də yaxşı deyil. Buna əsasən bilmək istərdik ki, AFFA tərəfindən həmin qəzetlərə hansısa maliyyə yardımı, dəstəyi nəzərdə tutulubmu?
- Hər vasitə ilə mətbuatın inkişafına kömək etməyə çalışırıq. Amma birbaşa maliyyə ayırmaq düzgün deyil. Bu zaman həm də qeyri-obyektivlik yaranar. Eyni zamanda, bu, qanunlara da ziddir. Lakin köməyimizi heç vaxt əsirgəməyəcəyik.

0
0