144-cü debütant
09.03.2012 - 15:22
144-cü debütant
Premyer Liqanın təsnifat mərhələsinin son turu “Xəzər Lənkəran”da daha 1 futbolçunun debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, XIX turdan təxirə salınan “Turan”la səfər oyununun sonlarında meydana daxil olan Ballo Salif bununla da ilk dəfə cənub təmsilçisinin formasında rəsmi matçda forma geyib.

Nəticədə malili yarımmüdafiəçi “Xəzər Lənkəran”ın tarixində bütün futbolçularının ümumi sayını 144-ə çatdırıb. Bununla da 2011/12 mövsümündəki debütantlarımızın sayı 18-ə çatıb. Balloya qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraş, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo, Eldar İsmayılov, Kamal Bayramov, Habil Nurəhmədov və Zahid Quliyev 2011-ci ildə. Sadio Tounkara, Roberto Alviz, həmçinin Rendall Breneslə Stevan Bates bu ilin ilk 3 matçında yeni komandalarında debüt etmişdilər.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın şərəfini qorumuş 144 oyunçu siyahısına 89-cu legioner kimi düşən Ballo həmyerlisi Sadio Tounkaradan sonra 2-ci malilidir. Ümumilikdə isə komandada təmsil olunan ölkələrin sayı 32-dir: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Fil Dişi Sahili, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya – hərəsi 1.