AFFA Ağasəlim Mircavadovu təqaüdə çıxartdı
09.03.2012 - 16:05
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin yeni seçkilərdən sonra ilk iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri tərəfindən aparılan müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.
Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov isə vitse-prezidenti seçilib. AFFA-nın baş katibi Elxan Məmmədovla müqavilənin müddəti daha 4 il uzadılıb.
Vaqif Cəfərov, Əmir Zamanov, Xalid Novruzov, Rza Cavadov, Nikolay Smolnikov, Orucəli Durmuşov, Asif Namazov, Tofiq Əliyev, Ağasəlim Mircavadov, Rüstəm Rəhimov, Sabir Əliyevə futbol veteranı kimi AFFA-nın təqaüdü verilməsi qərara alınıb.
“Əməkdar məşqçi” fəxri adının verilməsi ilə bağlı komissiya yaradılmasına qərar erən komitə onun tərkibinə Siyavuş İbrahimov, Kazbek Tuayev, Çingiz İsmayılov, Rüstəm Rəhimov, Mirkamil Rəhimov, Mikayıl Quliyevın daxil edilmədini məqsədəuyğun sayıb.
Premyer Liqanın 2012/2013-cü il mövsümündən başlayaraq legioner limitinin dəyişməsini zəruri sayan komitə üzvləri “7+3+1”ə (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) üstünlük veriblər. Bundan başqa 2012/2013-cü il mövsümündən başlayaraq Premyer Liqa və Azərbaycan kuboku uğrunda oyunların yayım hüququ Peşəkar Futbol Liqasına verilib.

0
0