Kazbek Tuayev: Gürcüstan nə ölkədir ki, bizimlə birgə Avropa çempionatı keçirsin?
09.03.2012 - 16:52
“Gürcüstan nə ölkədir ki, bizimlə birgə Avropa çempionatı keçirsin? Məgər biz özümüz bu turnirin final mərhələsinə keçirə bilmərik?” Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib.
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəmizdə rəsmi səfərdə olduğu zaman 2020-ci il Avropa çempionatının final mərhələsini Azərbaycan və Gürcüstanın birgə keçirmək istəyində olduğunu bildirmişdi.
Tuayev isə bu məsələdə tam fərqli düşünür. Onun fikrincə, bizim gürcülərin köməyinə ehtiyacımız yoxdur: “Əlbəttə, Azərbaycan Avropa çempionatını təkbaşına keçirə bilər. İlham Əliyev kimi dövlət başçımız var. Bizim prezident digər dövlət başçılarından güclüdür. Biz gürcülərsiz də böyük turnirə ev sahibliyə edə bilərik. Elə isə niyə onlarla birgə bunu etməliyik?
Gürcüstan bizimlə müqayisədə zəif və kasıbdır. Özlərini bizə sırımaq istəyirlər. Bizə isə belə şey lazım deyil. Özümüz, heç kimin köməkliyi olmadan Avropa çempionatını, Olimpiadanı da təşkil edə bilərik. Bizim buna hər cür imkanımız, ən əsası, ağlımız, var-dövlətimiz var”.

0
0