“Hitler də ölənə qədər heç kimə qulaq asmırdı”
09.03.2012 - 17:03
Yenidən AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilən veteran futbolçumuz, milli komandamızın sabiq baş məşqçisi Kazbek Tuayevin apasport.az saytına müsahibəsi
- Öncə AFFA-nın İcraiyyə Komitəsinə yenidən üzv seçilməyiniz münasibətilə sizi təbrik edirik. Bugünkü hesabat-seçki Konfransı haqda fikirlərini öyrənmək maraqlı olardı...
- Təbrikə görə sağ olun. Onu deyə bilərəm ki, konfrans çox yüksək səviyyədə və səmərəli keçdi, gözəl fikirlər səsləndirildi. İcraiyyə Komitəsi üzvlüyünə namizədliyini verilənlərin, eləcə də mənim namizədliyim təsdiqləndi. Bizlərə yenidən etimad göstərənlərə minnətdaram. Biz böyük məmnuniyyətlə Rövnəq Abdullayevi yenidən AFFA-nın prezidenti seçdik.
- Bundan sonra İcraiyyə Komitəsində fəaliyyətinizi necə görürsünüz?
- İndi səlahiyyətlərimizi bölüşdürəcəklər və buna uyğun kimin hansı sahəyə cavabdeh olacağını biləcəyik. Biz həmin sahələrə kurator olacağıq. Təbii ki, necə lazımdırsa, mütləq elə də işləyəcəyik. Burada başqa söhbət ola bilməz.
- Milli komandanın almaniyalı baş məşqçisi Berti Foqtsla görüşüb, söhbətləşdinizmi?
- Yox. Çünki Foqts İcraiyyə Komitəsinin iclasında iştirak etmirdi.
- Hər halda, almaniyalı mütəxəssis Konfransa gəlmişdi...
- Foqtsla görüşdüm, amma söhbətləşə bilmədim. Onun başı qarışıq idi. AFFA rəhbərliyi ilə hansısa işi vardı. Biz isə həmin görüşdə iştirak etmədik.
- İclasda yığmadan kənarlaşdırılan Vaqif Cavadovun bağışlanması məsələsini qaldırdınız?
- Biz bu məsələni hər zaman gündəmdə saxlayacağıq, hər zaman qaldıracağıq. Çalışacağıq ki, Vaqifin milliyə qayıtması tezliklə həll olunsun. Xahiş edəcəyik ki, növbəti həftə bununla bağlı görüşümüz olsun və məsələni müzakirə edək.
- Kiminlə?
- AFFA rəhbərliyi – prezident, baş katiblə. Bu məsələni işgüzar ab-havada müzakirə edəcəyik.
- AFFA rəhbərliyi açıqlamalarında bu məsələni Foqtsun öhdəsinə buraxıb. Yəni, baş məşqçinin müraciətindən sonra İntizam Komitəsi məsələyə yenidən baxa bilər. Almaniyalı həmkarınız isə Cavadovun məsələsi ilə bağlı danışmaq istəmir...
- Başa düşürsünüz, məsələ nə yerdədir? Adolf Hitler də ölənə qədər heç nəyə qulaq asmırdı (gülür). Foqts istəmir? Başa düşmür, ona görə istəmir. Hər insan öz prinsipiallığını göstərir. İnsana lazım olanı başa salmaq lazımdır. Başa düşmürsə, yenidən demək lazımdır. Sonda başa düşəcək. Əgər başa düşməyəcəksə, Foqts üçün pis olacaq.
- Milli komandanın Dubaydakı son təlim-məşq toplanışı, keçirdiyi yoldaşlıq görüşü müzakirə olundumu?
- Bu məsələ İcraiyyə Komitəsinin gündəliyinə salınmamışdı. Yəqin, başqa vaxta saxlayıblar. Bu, AFFA prezidenti, baş katibi səviyyəsində müzakirə olunacaq. Onu müzakirə etdik ki, milli komandamızın 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizə aparmağı üçün mütləq gənc futbolçular, yerli məşqçilər hazırlanmalıdır.
- Bəs siz böyük müzakirə obyektinə çevrilən Dubaydakı oyunlar, Fələstin yığmasına 0:2 hesabı ilə uduzulan yoldaşlıq görüşü haqda nə deyə bilərsiniz?
- Uduzmuşuq, nə edək? Bu, futboldur da. Fələstin yığmasının qələbəsi üçün nə desən etdilər. Hakimi dəyişdirdilər, matçı idarə edənlər rəqibin tərəfində idi, onlara qələbə qazandırdı. Bu, rəsmi oyun olsaydı, onlara nə qədər desən, qol vurardıq.
Mehman SÜLEYMANOV

0
0