“Qəbələ” – “Neftçi” matçı yenidən oynanılacaq
09.03.2012 - 17:13
AFFA daha bir hakimi cəzalandıracaq. Apasport.az saytının məlumatına görə, martın 5-də U-16 Liqasının geyim dəstlərinin eyni olması səbəbindən baş tutmayan “Qəbələ” – “Neftçi” oyununu idarə etməli olan hakimin günahkar olduğu İntizam Komitəsinin bugünkü iclasında təsdiqlənib.
Belə ki, “Qəbələ” meydan sahibi olduğu üçün ağ rəngli geyimdə oynayacağını bildirib. Eyni zamanda, “Neftçi” də eyni rəngdə geyim forması ilə meydana çıxıb, lakin sonradan köynəklərini “ağ-qara” rəngə dəyişdirib (hər iki klubun şort və getrləri ağ rəngdə olub). Lakin matçın hakimi baş vermiş hadisələrə baxmayaraq, yekunda qətiyyətsizlik edərək oyunu keçirməyib. Bu səbəbdən U-16 Liqasının “Qəbələ” – “Neftçi” matçı yenidən oynanılmağına qərar verilib.
Matçın hakimi barədə Hakimlər Komitəsi, oyunun hakim-inspektoru haqqında isə Hakim-İnspektorlar Komitəsinin lazımi ölçü götürüb, İntizam Komitəsinə məlumat verilməyi tapşırılıb.

0
0