Azərbaycan yığması “Tuzla Kafkale”də
09.03.2012 - 17:53
Azərbaycan futzal yığmasının Türkiyə ilə keçirəcəyi yoldaşlıq görüşlərinin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz dünya çempionatının pley-off mərhələsində Rusiya ilə oyuna hazırlıq məqsədilə İstanbulda 2 matç keçirəcək.
Bunlar martın 15-də və 16-da olacaq. Artıq qarşılaşmaların başlama saatı da məlum olub. İlk oyun saat 19:30-da, ertəsi gün baş tutacaq matç isə 15:00-da start götürəcək. Bu səfərədək Bakıda martın 9-dan 13-dək təlim-məşq toplanışı keçəcək yığmamızın hər iki oyunu “Tuzla Kafkale” idman salonunda baş tutacaq.
Qeyd edək ki, yığmamız ruslarla martın 27-də Bakıda, aprelin 9-da Tümendə oynayacaq

0
0